Ağcabədi rayonunda yaşayan şəxs ov tüfəngindən açılan atəşdən xəsarət alıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 29-da Ağcabədi rayonunun Taxtakörpü kəndində yaşayan Əmrah Məmmədov həyətlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.