Bakıda avtomobillərdən oğurluq halları artıb. 

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, oğrular, adətən, avtomobil sahibini bir müddət izləyirlər. Avtomobilə hansısa qiymətli əşyanın qoyulduğunu görəndən sonra şüşəni sındıraraq bu əşyaları götürürlər.

Oxucular pul kisəsi, smartfon, bahalı noutbuk və digər əşyaların avtomobildən oğurlanması halları ilə qarşılaşdıqlarını deyir. Nərmin Məmmədova adlı xanım bildirib ki, 30 yanvar tarixində saat 03:00 - 04:00-da Nəsimi rayonu Mircəfər Cəfərov küçədə üç-dörd binanın qarşısında dayanan 5-6 avtomobilin şüşəsini qırıb oğurluq ediblər. Digər oxucu Malik Rəşidov bildirib ki, o da oxşar hadisə ilə qarşılaşıb: 

"Hadisə Hüseyn Seyidzadə 7 küçəsində baş verib. Mən də olmaqla üç nəfərin avtomobilinin şüşələri qırılıb və oradan oğurluq etmək istəyiblər, lakin nəqliyyat vasitələrimizdə dəyərli əşya olmadığından heç nə götürməyiblər.