Eşton Katçer Donald Trampın müsəlmanlara qarşı siyasətini tənqid edib.
Unikal.org xəbər verir ki, daha bir Hollivud aktyoru ABŞ prezidentinin mübahisəli sərəncamı haqqında nitq söyləyib. 38 yaşlı Eşton Katçer Kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimində ABŞ-ın yeni prezidentinin 7 müsəlman dövlətlərinin vətəndaşlarına ölkəyə girişi qadağan etdiyi sərəncam haqqında sərt çıxış edib.
Qeyd edək ki, sənədə əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməyəcək.
Aktyor səhnəyə çıxaraq televiziya qarşısında və salonda toplaşanları, həmçinin "Mənim Amerikamın bir hissəsi" (burada o, ABŞ vətəndaşı olan digər ölkələrin nümayəndələri nəzərdə tutub) müraciəti ilə hər kəsi salamlayıb. O, qaçqınları dəstəklədiyini xüsusi vurğulayıb: "Siz də bizim cəmiyyətin bir hissəsisiniz, biz sizi sevirik və Aktyorlar Gildiyasının mükafatı mərasimində sizi salamlamağa şadıq".
Aktyorun bu sözləri salonda gurultulu alqışlarla qarşılanıb. Daha sonra isə Eşton Katçer Trampın siyasətindən öz narazılığını bildirib.
Xatırladaq ki, Eşton yeni prezidentin siyasətindən narazılığını bildirən birinci aktyor deyil. Bir neçə həftə əvvəl Meril Strip də "Qızıl qlobus" mükafatlarının təqdimolunma mərasimində Donald Trampı tənqid edib.