Şotlandiyanın Stirlinq şəhərində yaşayan 21 yaşlı Treysi Oldric iki il əvvəl qatıldığı bir partidə yuxuya getdiyi zaman 19 yaşlı Cordan Binni adlı bir gəncin təcavüzünə məruz qalıb.
Unikal.org xəbər verir ki, yuxudaykən süpürgə ilə təcavüzə uğrayan qızın görüntülərini "Snapchat''da yayımlayan gənclərin cəzası məlum olub.
Binninin süpürgəylə təcavüz etdiyi şotland qız başına gələn olayı ertəsi gün oyandığında, partiyə qatılan 24 yalı Freyzer Anderson adlı bir gəncin "Snapchat"a yüklədiyi canlı yayım görüntülərindən sonra öyrənə bilib.
Binni barəsində məhkəmə hökm oxuyub. O, 12 il azadlıqdan məhrum edilib.
Qızın təcavüz görüntülərini "Snapchat"da paylaşan Andersona isə ictimai işlərdə çalışmaq cəzası verilib.