Əfqanıstanın Bəlx əyalətində qısqanc ər 23 yaşlı həyat yoldaşının əl-ayağını bağlayıb və qulaqlarını kəsib.
Unikal.org xəbər verir ki, Zarina adlı qadın hazırda xəstəxanadadır, onun vəziyyəti sabitdir.
"Mən heç bir günah iş tutmamışam. Bilmirəm ərim məni niyə bu hala salıb, - qadın nəşrə açıqlamasında deyib.
Zarina 13 yaşında olarkən ailə həyatı qurduğunu və əri ilə münasibətlərinin heç də yaxşı olmadığını bildirib.
Qadın əlavə edib ki, daha əri ilə yaşamaq istəmir:
"O, hər şeydən şübhələnən adamdır. Valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı.
Polisdən bildiriblər ki, qadının əri hadisəni törətdikdən sonra evdən qaçıb.
Faktla bağlı araşdırma aparılır.