ABŞ-ın Nyu-Meksiko ştatında hərbi təlimlərdə bədbəxt hadisə baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus "Hollaman bazasında qeydə alınıb.

Hərbi təyyarənin səhvən hərbçilərə açdığı atəş nəticəsində 1 əsgər ölüb, daha 1-i yaralanıb.

İnsidentin səbəbləri araşdırılır.