Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində 3 beşmərtəbəli yaşayış binası uçub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında çox sayda insanın qala biləcəyi ehtimal edilir.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Binaların uçma səbəbləri barədə hələ ki, məlumat verilmir.