ABŞ prezident Donald Tramp yaxın günlərdə "Coca-Cola" şirkətinin rəhbərliyi ilə görüşərək, onlardan Latın Amerikasında, xüsusi ilə də Ukraynada istehsalatı tam dayandırmağı və ya azaltmağı tələb edəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Trampın bu planı "Coca-Cola"-nın son addımları ilə əlaqəlidir. Belə ki, şirkət D.Trampın miqrasiya siyasətinə qarşı kampaniyaya qoşulub, Latın Amerikasından gələnlərə #OrgullosoDeSer dəstək aksiyası təşkil edib və müvafiq klip çəkdirib.
Qeyd edək ki, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayan kimi Meksika ilə sərhəddə divarın ucaldılmasına dair sərəncam imzalayıb.
Bundan başqa, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Həmçinin Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Qeyd edək ki, sözügedən fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.