Bir neçə gün əvvəl rəsmən vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın baş strateqi Stefen Bannonun 9 ay əvvəl verdiyi açıqlama üzə çıxıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, S.Bannon bildirib ki, ABŞ-la Çin arasındakı gərginlik sürətlə artır və Cənub Çin dənizindəki adalarla bağlı münaqişə tezliklə qızışa bilər. O, ABŞ-Çin müharibəsinin yaxın 5-10 il içində başlaya biləcəyini əlavə edib.