Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza təyyarə hava limanına eniş edərkən baş verib. Məlumata görə, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub.

Qəzaya uğrayan "flydubai" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsində ekipaj üzvləri daxil olmaqla 62 nəfər (bəzi mənbələr isə 61 nəfərin olduğunu qeyd edir) olub. Onların hamısının həlak olduğu deyilir.