Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 178-ci km-də qeydə alınıb.

Yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Əhmədzadə Səyyad Şaiq oğlunu "VAZ 21099" markalı maşın vurub. Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması alan məktəblinin vəziyyəti orta ağırdır. Fakt araşdırılır.