Rosqvardiya əməkdaşları Moskva bazarında 70 miqrantı saxlayıb, onlardan 20-si hərbi komissarlığa göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, miqrantlar sənədlərinin miqrasiya qeydiyyatı məlumat bazası üzrə yoxlanışı məqsədilə Çerkizovskaya küçəsində yerləşən bazarın ərazisində saxlanılıblar.