Yol-nəqliyyat hadisəsi baş verdi, svetofor yararsız vəziyyətə düşdü.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor obyekti quraşdırılacaq.