Qubada iki avtomobil toqquşub.

"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində  "Hyundai" və "VAZ‑2106" markalı minik avtomobilləri toqquşub. 

Daha sonra qəza nəticəsində idarəetməni itirən “VAZ‑2106” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca