Bakıda təmirə dayanmış gəminin kapitanının meyidi tapılıb. 

Unikal.org lent.az-a istinadən bildirir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyidi onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.