Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.
Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.
S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğu araşdırma başlayıb.
Oxşar hadisə Şəkidə də baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün saat 13:30 radələrində Şəki şəhəri Sabit Rəhman küçəsi bina 12 ev 27 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyiti yaşadığı evin vanna otağından asılmış vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.
İki uşaq atası olan 59 yaşlı F. Səfərovun hansı səbəbdən intihar etdiyi Şəkidə iki uşaq atası intihar edib istintaqa məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.