Tovuzda dəm qazından zəhərlənmə olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Əlimərdanlı kənd sakini, 1998-ci il təvəllüdlü Səfiyyə Bağırova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
S.Bağırovaya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, S.Bağırova yaşadığı evin vanna otağında olarkən zəhərlənib.