Gəncədə yol qəzası baş verib.

Unikal.org-un ARB Kəpəzə istinadən xəbərinə görə, hadisə Gəncə-Göygöl yolunun 1-ci kilometrliyində baş verib.

Şəhər sakini 31 yaşlı Seymur Bayramov idarə etdiyi "Toyota Prado markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan cıxaraq ağaca çırpılıb.

Sürücü və sərnişin, şəhər sakini 34 yaşlı Tural Kazımov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər TTYX-ya gətiriliblər.

İlkin tibbi yardım göstərilən yaralılardan vəziyyəti ağır olan Seymur Bayramov şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib.