Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan ərzaq mağazasının və bitişik ümumi sahəsi 4 m² köşkün yanar konstruksiyaları yanıb.

Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.