Bakıda piyada keçidində meyit tapılıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. Mikayıl Useynov küçəsindən bulvara keçən piyada keçidindən 40-45 yaşlı kişi meyiti tapılıb. Həmin şəxsin hansı şəraitdə vəfat etdiyi məlum deyil.

O da bildirilir ki, keçiddə meyitin olduğu barədə polisə sakinlər məlumat verib. Faktla bağlı araşdırma aparılır.