Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org Apa-ya istinadən xəbər  verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisə Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 1 ünvanında qeydə alınıb. Orada yaşayan 48 yaşlı Elmira İsmibala qızı Seyidova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.