Bakıda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 67 yaşlı Yaşar Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.