Gömrükçülər İrandan gələn vətəndaşın daxili orqanında beş ədəd bükümdə heroin aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.