Bakıda avtomobildən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Bakı şəhər sakini Səbuhi Əhmədova məxsus "Hyundai markalı avtomobildən içərisində 134 000 rus rublu və sənədlər olan çantaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova tutulublar.