İstirahət günlərində ölkədə 12 yol qəzası baş verib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Bildirlib ki, fevralın 4-ü respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Fevral ayının 5-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.

Bütün hadisələrlə bağlı araşdırma aparılır.