Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Kürdəmir rayonun icra başçısının keçmiş müavini Əşrəf Rzayev və Kürdəmir rayonun keçmiş bələdiyyə sədri Mətləb Rzayev şahid qismində ifadə verib. Hər iki şahid istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini, A. Çovdarovu tanımadıqlarını deyiblər. Ə. Rzayev bildirib ki, icra başçısı ondan bir nəfərə torpaq verilməsini istəyib. O, da araşdırıb və həmin torpaq sahəsi boş olduğu üçün onu sənədləşdirib. M. Rzayev isə ifadəsində deyib ki, həmin torpaq sahəsi onlara məxsus olub. Ə. Rzayev və icra başçısının digər bir nümayəndəsi ona hədə-qorxu gələrək torpaq sahəsindən imtina etməyi tələb ediblər. Onlar da məcbur qalıb deyilənləri ediblər.

Proses günün ikinci yarısında davam edəcək.