Şəmkir rayonunda avtomobil piyadanı vurub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, qadını Şəmkirdə yolu keçən zaman naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.