Bakıda vulkan püskürüb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Bildirib ki, hadisə Qaradağın Səngəçal qəsəbəsində baş verib: "Həmin ərazidə palçıq vulkanının püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə barədə Milli Elmlər Akademiyasının vulkanologiya şöbəsinə məlumat verilib və FHN-in briqadaları hadisə yerindədirlər".