Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb.

Saat 15.20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib.

Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.