İstintaq Komitəsi Moskvada beş yaşlı uşağın ölümündən sonra Rusiya Cinayət Məcəlləsinin 110-cu maddəsi üzrə (İntihar həddinə çatdırılma) cinayət işi açıb.
 
Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.
 
"İstintaqın versiyasına əsasən, martın 19-u axşam saatlarında Moskvanın Rublyovskoye  şosesi boyu yerləşən binaların birinin qarşısında  2010-cu il təvəllüdlü oğlan uşağının üzərində xarakterik xəsarətlərin olduğu meyiti aşkarlanıb", - deyə  məlumatda bildirilir. Məlumata görə, uşağın meyiti valideynləri tərəfindən tapılıb.  
 
Polis uşağın ölümü ilə bağlı araşdırma aparır.
 
Hadisənin təfərrüatları açıqlanmır.