İtaliyanın Bordighera əyalətinin bələdiyyəsinin verdiyi qərara əsasən, dilənçilərə pul verənlər cəzalandırılacaq.
 
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bələdiyyə bu qərarla dilənçiliyin qarşısını almaq istəyir.
 
Bələdiyyə rəsmisi mətbuata açıqlamasında dilənçilərə pul cəzası tətbiq olunsa da, onların bu içdən əl çəkmədiyini bildirib:
 
"Biz də dilənçilərə pul verənləri cəzalandırmaq qərarına gəldik.Dilənənlərin arxasında böyük qruplar var. Bu səbəbdən onlara pul verənləri bu fikirdən daşındırmalıyıq. Həqiqətən yardıma ehtiyacı olan şəxslərə, ailələrə onsuz da bələdiyyədən kömək göstərilir".
 
Qeyd edək ki, İtaliyada dilənçilik qadağan olunmasa da, bəzi şəhərlərdə uşaqlarla dilənən şəxslərə pul cəzası qoyulur.