İsrailin Baş naziri Binyamin Netanyahu İstanbul şəhərində baş verən terakta münasibət bildirib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, günahsız insanların ölümünün yolverilməz olduğunu deyən yəhudi baş nazir terrorizmə qarşı mübarizə aparacaqlarını bildirib:
 
"Terrorun səbəbi yoxdur. Günahsız insanları öldürmək böyük cinayətdir. Harada olursa olsun, buna qarşı mübarizə aparacağıq".