Türkiyənin Daxili işlər naziri Əfqan Ala martın 19-u İstanbulda baş vermiş canlı bomba hücumu ilə bağlı bəyanat verib.
Unikal.org "Qafqazinfo"-a istinadən xəbər verir ki, nazir açıqlamasında bildirib ki, bombalı hücumu həyata keçirən terrorçu 1992-ci il təvəllüdlü Məmməd Öztürkdür: "Əldə olan mövcud tapıntılar terrorçunun İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu göstərir".
Nazir onu da qeyd edib ki, terrorçunun arxasında başqa qüvvələrin olub olmaması araşdırılır.