Türkiyə PTT liqasında "Adanaspor" ilə "Adana Dəmirspor" arasında Adana derbisi davam edir. PTT liqasında çempionluq hesabları edən hər iki komandanın azarkeşləri "5 Ocak Fatih Terim" stadionunda öz yerlərini tutublar.
Unikal.org Avrofutbol.com-a istinadən xəbər verir ki, oyunun gedişatı zamanı hər iki klubun azarkeşləri arasında kütləvi şəkildə dava düşüb. Dava nəticəsində 2 azarkeş bıçaqla yaralanaraq xəsarət alıb. Bir polis əməkdaşı isə başından zədə alaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, ilk hissədən sonra hesab 1-0 "Adanaspor"un xeyrinədir.