Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqasının XXVI turunun Novruz bayramı gününə təsadüf edən iki görüşündə maraqlı ideya ilə diqqət mərkəzinə gəlib.
Unikal.org Apasport.az saytına istinaden məlumatına görə, matçlarda bayram əhval-ruhiyyəsini hiss etdirmək istəyən PFL rəsmiləri hər iki oyundan əvvəl hakimin keçirdiyi "top, yoxsa qapı" püşkatmasını kapitanların yumurta döyüşü ilə əvəz edib.
Maraqlı görüntülərin meydana çıxdığı hər iki epizodun videoyazısını təqdim edirik.