Novruz bayramı günlərində Bakıda 6 yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 19 və 20 mart tarixlərində baş verən yol-nəqliyyat hadisələrində ölüm və xəsarət qeydə alınmayıb. Onun sözlərinə görə, qəzalar yüngül maddi zərərlə nəticələnib.

V.Əsədov əlavə edib ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidməti davam etdirir.