İcazəsiz Novruz bayramı keçirən 164 nəfər həbs olunub.
Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, dünən İstanbul daxilindəki 27 əyalətdə Novruzla bağlı gərgin anlar yaşanıb.
Rəsmi açıqlamaya görə, 8-i uşaq olmaqla 164 nəfər həbs olunub.
Qeyd edək ki, terror hadisələrindən sonra təhlükəsizlik baxımından İstanbulda Novruz şənliklərinin keçirilməsi qadağan edilmişdi.