"Bir əsas problem qalıb dünyada- o da Putin müşkülüdür. Həmin istiqamətdə də Hüseyn Obama dinc durmur. Faktiki kommunizmin ən təhlükəli qalası mütləq dağılacaq. Suriyada Putinin geriləməsi, bu çöküşün ən ciddi əlamətidir. ABŞ prezidenti daha çox yumşaq gücdən istifadənin tərəfdarı kimi görünür".
Unikal.org xəbər verir ki, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasnı (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, Rusiyanın demək olar ki, müttəfiqləri qalmayıb.
Bircə Şimali Koreyanın psixopat lideri və Sərkisyandan başqa heç kəs Putini müdafiə etmir. Kuba, İran getdi, Əsəd gizlənməyə yer axtarır, Çin Rusiyanın dağılmasını gözləyir, Venesuelada Çaves davamçılarının tramvay sürücüsü Maduronun parlament seçkilərindəki məğlubiyyətdən sonra ilk seçkidəcə qaçacağı sual doğurmur.
Azərbaycana Rusiyanın çöküşü çox vacibdir. Bizim bölgəni inkişafdan saxlayan məhz Rusiyadır. SSRİ məkanı respublikalarında fitnə yaradıb, konflikt törətməklə postsovet respublikalarının inkişafına maneçilik Kremlin dərin olmayan siyasətinin vasitəsidir. Eyni zamanda Moskva öz kommunist keçmişindən qopa bilmyən məmurlar vasitəsilə, yeni yaranmış milli Dövlətlərdə əhalinin müstəqilliyə inamına zərbə vurmaq, əhali arasında narazılıq yaratmaq və keçmişə nostalji hissini bərpa etməklə, rusların xəstə genlərindən törəyən imperiya ilğımlarını reallaşdırmaq məqsədi güdür. Baxın, ən gözəl test Suriya hadisələridir. Ölümdən canını qurtaraq, instinktiv köç edən suriyalılardan kimsə Rusiyaya tərəf baxırmı? Yox. Çünki Rusiya anormal dövlət, Putin isə uğursuz rəhbərdir.
İnanıram ki, Obama ya özü, ya xələfi bizim də inkişafımıza əngəl yaradan Putinin siyasi iştahasını söndürəcək. Arzu edərdim ki, bu sakitliklə baş versin. Düşünürəm, prezident Əliyevin yaxın ABŞ səfəri zamanı Obama ilə görüşdə bu dəyişikliyin təməli atılacaq. Dünyada Obamanın liderliyi altında baş tutmuş belə miqyaslı dəyişiklikləri layiqincə dəyərləndirməmək, nəticə çıxarmamaq heç kəsin siyasi karyerasına uğur gətirməz. Novruz bayramında Dövlətimizin müsbətə dəyişməsini və dirçəlməsini istəməmək mümkün deyil.