Sevda Ələkbərzadənin keçmiş həyat yoldaşı Karamiy ilk dəfə müğənni ilə ayrılmasından danışıb.
Unikal.org anspress-ə istinadən məlumatına görə, hazırda Hyustonda yaşayan və bizneslə məşqul olan Karamiy Azərbaycanlı müğənni ilə boşanmasının əsas səbəbi kimi cütlüyün bir birindən ayrı yaşamasını göstərib.
"Biz xoşbəxt deyildik. Fərqli ölkələrdə yaşayırıq. Mən işimi gücümü atıb gedə bilmirdim, Sevda da Azərbaycana çox bağlıdır, ona görə belə qərar verildi..." - deyə Kamiray bildirib. Eyni zamanda o, əməkdar artist və onun ailəsi ilə münasibətlərini hələdə müsbət saxladığını söyləyib. Lakin buna baxmayaraq ifaçının keçmiş həyat yoldaşı sosial şəbəkələrdəki hesabından müğənni ilə birgə bütün fotolarını silib.

Azərbaycan KİV-də müğənni Sevda Ələkbərzadənin boşanma mövzusu bir müddət əvvəl gündəmə gəlmişdi. İlin əvvəlində Sevda Ələlkbərzadə bu xəbəri ANS PRESS-ə şərh edərək şəxsi həyatından danışmaq istəmədiyini bildirimişdi. "Mən ümumiyyətlə şəxsi həyatımdan danışmıram. Həyat yoldaşımdan boşanmamışam. Mən bilmirəm, bu xəbərləri kim yayıb, amma bu, şayiədir". 

Daha sonra Kamirayın ifaçının anasının yasına gəlməməsi bu iddiaların yenidən səsləndirilməsinə əsas verdi.

Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə və əslən Cənubi Azərbaycandan olan iş adamı Kamiyer 2014-cü ilin mayın 24-də evləniblər. Kamiyer ABŞ-da bizneslə məşqul olur. Bundan əlavə o musiqi ilə də maraqlanır.