Azərbaycan və Cibuti arasında münasibətlər artıq uzun illərdir ki, daimi inkişaf mərhələsindədir.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Cibuti XİN rəhbəri Mahmud Əli Yusiflə birgə mətbuat konfransında deyib.
Nazir bildirib: "Cibuti Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib".
E.Məmmədyarov Cibuti Parlametinin Xocalı soyqırımını qınayan deklorasiya qəbul etməsini xüsusi vurğulayıb.
E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmır: "Ermənistanlı həmkarım da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək.
Nazir həmçinin mart ayında Rusiyaya səfər edəcəyini bildirib:
"Səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə, Nazirlər Kabinetində, Dövlət Dumasında görüşlər keçirilməsi planlaşdırılır".
E.Məmmədyarov həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında mühazirə oxuyacaq.


















.jpg)














.jpg)




.jpg)





.jpg)
.jpg)



.jpg)


