Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalovu əvəzləyəcək Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev unikal.org-a qısa müsahibə verib.
-Xanlar Zeynalov bildirib ki, onu Nurəddin Mustafayev əvəzləyəcək. Bu həqiqətənmi belədir?
-Xanlar müəllim deyirsə, deməli elədir.
-Vəzifənizin icrasına başlamısınızmı?
-Xeyr, hələ başlamamışam. Novruz bayramı olduğu üçün, işləmirəm. Mart ayının 28-dən vəzifəmin icrasına başlayacağam.
-Sizi yeni vəzifə münasibəti ilə təbrik edirik...
-Çox sağ olun. Təşəkkür edirəm.