Martın 24-də Amerika fond bazarında DOW JONES" indeksi 0,08% bahalaşaraq 17 515,73 bənd, "S&P 500" 0,04% azalaraq 2 035,94 bənd, NASDAQ" isə 0,10% irəliləyərək 4 773,50 bənd təşkil edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,49% ucuzlaşaraq 6 106,48 bənd, Fransa CAC-40-ı 2,13% azalaraq 4 329,68 bənd, Almaniya DAX-ı isə 1,71% geriləyərək9851,35 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26 dollar, yaxud 0,02% bahalaşaraq 1 217,08 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1159 (-0,13%) təşkil edib.