“Qəzaların 40 faizi piyadaların vurulması ilə bağlıdır”
11:26 06-07-2012
İQTİSADİYYAT
“Qəzaların 40 faizi piyadaların vurulması ilə bağlıdır”
Azərbaycanda bir gecədə 19 yol qəzasında 14 nəfər ölüb. Üstəlik, 22 nəfər də xəsarət alıb. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.
Bundan əvvəlki gecədə də baş verən yol qəzalarında 8 nəfər həyatını itirmişdi. Dəhşətli məqamlardan biridə odur ki, baş verən yol qəzaları nəticəsində bir ailənin tamamilə məhv olması faktlarına da rast gəlinir.
Ötən il respublikada 2890 yol nəqliyyat hadisəsi baş verib. 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarında 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb. Yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb. 2012-ci ilin son 5 ayı ərzində isə Azərbaycanda 1035 belə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 313 nəfər ölüb, 1144 nəfər yaralanıb. Bu qəzaların 429-u Bakıda baş verib ki, nəticədə 104 nəfər ölüb, 503 nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında son vaxtlar baş verən yol qəzalarda ölüm sayının artmasını təsdiqləyib. BDYPİ-nin rəsmisi bildirib ki, ağır hadisələri törədənlərin demək olar ki, 95 faizi sürücülük təcrübəsi 10 ildən yuxarı olan insanlardır.
“Bu gün konkret olaraq qəzaların səbəbini sürətin, yol ayrıcını keçmə nəticəsində və yaxud da ötmə zamanı baş verməsini demək çətindir. Baş verən hadisələrlə bağlı çox səbəblər var. Sadəcə yeganə problem odur ki, qəzaların baş verməsində ilk növbədə yol hərəkəti qaydalarının pozulması durur. Yol hərəkəti qaydasının istənilən sürücü, sərnişin və yaxud piyada tərəfindən pozularsa, artıq o bilavasitə həmin hadisənin baş verməsinə təkandır. Belə ki, piyada olur ki, onun yol hərəkətini pozması nəticəsində, özü xəsarət almasa da yol nəqliyyat hadisəsi baş verə bilir. Yolu keçmək istəyən piyadanı vurmamaq üçün qəzadan yayınmaqla sürücü yolun soluna və sağına çıxanda, gedir ya qarşıdan gələn nəqliyyatla toqquşur, ya da kənarda dəxli olmayan piyadanı vurub öldürür. Üç avtomobil toqquşursa bunlardan birinin sürücüsü qaydanı pozub və onun qaydanı pozması nəticəsində artıq digər maşınlarda qəzaya uğrayır”, – deyə K. Əliyev vurğulayıb.
K. Əliyev həmişə nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması düzgün olmadığını deyib:
“Ümumiyyətlə yüksək sürətin qəzanın ağırlıq dərəcəsinə təsiri olur. Yəni sürət nə qədər az olsa, toqquşma zamanı xəsarətin sayı az olar və ya ölüm halları olmaya bilər. Nəqliyyat vasitələrindən hansısa birinin sürətinin nisbətən yüksək olması qəzaya yol açır. Artıq yüksək sürətlə idarə olunan maşın birbaşa qəzanın ağırlığına təsir göstərir”.
Qeyd edək ki, BDYPİ-nin yol qəzaları ilə bağlı 2012-ci ilin yanvar ayına qədər olan 23 illik statistikası dəhşət saçan məqamlardandır. Belə ki, 1988-ci ildən 2012-ci ilədək Azərbaycanın avtomobil yollarında 64 min 141 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Statistikaya görə, ötən 23 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.
Müqayisə göstərir ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.
Anar
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00