Martın 7-də Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunacaq Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməlqoyma mərasimi keçirilib.

Mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, merin müavini Mladen Trivunoviç, Bələdiyyə Assambleyasının prezidenti İbrahim Paliç, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Azərbaycanın bu ölkədəki diplomatik korpusunun əməkdaşları, Bosniya və Herseqovinanın Prezident Administrasiyasının bir sıra rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməli qoyulub.

Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Heydər Əliyev Fondunun dəstəyi ilə Təcili Tibbi Yardım Mərkəzinin təməli qoyuldu

Heydər Əliyev Fondunun dəstəyi ilə Təcili Tibbi Yardım Mərkəzinin təməli qoyuldu

Heydər Əliyev Fondunun dəstəyi ilə Təcili Tibbi Yardım Mərkəzinin təməli qoyuldu