Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Unikal.org-a Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev məlumat verib. Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi 14-21 mart tarixini əhatə edəcək. Növbə rəisi qeyd edib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttlərə əlavə olaraq 300 avtobus burxılacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bir neçə gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında olub. Nazir avtovağzal rəhbərliyinin iştirakı ilə keçirdiyi iclasda Novruz Bayramı günlərində sərnişindaşımada problem yaşanmaması üçün ciddi göstərişlər verib.

Həsən Babayev