Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun doğum günüdür. 

Unikal.org xəbər verir ki, general Əyyubovun 66 yaşı tamam olur. Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini -” Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. 

O, Prezidentin sərəncamı ilə "Azərbaycan Bayrağı", "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.