Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il fevralın 1-nə 1 633,1 mln. manat təşkil edib.

Unikal.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 160,5 mln. manat və yaxud 10,9% çoxdur.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 318,5 mln. manat və yaxud 24,23% artıb.

Qeyd edək ki, bu il fevralın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,78%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci il fevralın 1-də isə 6,20% olub.