"Martın 15-dən fəaliyyətə başlayacaq Novruz yarmarkalarında qiymətlər münasib olacaq. Xüsusən də ətin qiyməti aşağı düşəcək".

Unikal.org xəbər verir ki, bu haqda Kənd Təsərrüfatı Nazirliyinin İctimiaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Murtuzəli Hacıyev cebhe.info-ya açıqlamasında danışıb. 

Onun sözlərinə görə, digər məhsullardan fərqli olaraq ətin qiyməti dəqiqləşib. Belə ki, 4 gün keçiriləcək yarmarkada ətin qiyməti 6-7 manat arasında dəyişəcək.