Sumqayıtda "Təhlükəsizlik aylığı çərçivəsində piyadalara qarşı reyd keçirilib. 

Unikal.org xəbər verir ki, müvafiq yerlərdə keçidlərdən istifadə etməyən 30-a yaxın piyada inzibati məsuliyyətə cəlb olunub. Onlara qarşı müvafiq protokol tərtib edilib və 20 manat məbləğində cərimələniblər. 

Sumqayıt şəhər dövlət yol polisinin əməkdaşları yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə çağırır. Əks halda heç kim məsuliyyətdən yayına bilməyəcək.