İstanbulun Atatürk hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları bir sərnişini saxlayıblar. 

Unikal.org-un məlumatına görə, həmin şəxs çantasında bomba olduğunu deyib.

Qeyd olunur ki, baqaj yoxlaması zamanı təhlükəsizlik əməkdaşı sərnişindən çantada elektron qurğunun olub-olmaması barədə soruşub. O isə cavabında "Xeyr, elektron qurğu yoxdur, amma bomba var deyib.

Daha sonra həmin sərnişin zarafat etdiyini desə də, onun baqajında axtarış həyata keçirilib, özü isə polis bölməsinə aparılıb.